ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104,21 ABŞ dollardan 102,09 dollaradək endirib.
2023-cü ildə neftin qiyməti 94,58 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 2,33 dollar çoxdur.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 95,74 dollar (öncəki proqnoz – 98,07 dollar), 2023-cü ildə isə 88,58 dollar (öncəki proqnoz – 90,91 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il “Brent” markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib.