Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Birinci müavin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.