17 C
Baku
Thursday, May 2, 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb.

1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib.

“Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub.

C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər