17 C
Baku
Monday, April 29, 2024

Ekoloji təmiz avtomobillərlə bağlı kreditlərdə ilkin ödəniş aşağı salınacaq

“Ekoloji təmiz avtomobillərlə bağlı kreditlərdə ilkin ödənişin aşağı salınması müzakirə edilir”.

Bunu açıqlamasında Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

ABA sədri qeyd edib ki, ətraf mühitin mühafizəsi, yaşıl energetikanın inkişaf etdirilməsi və yaşıl maliyyələşdirilməsin inkişaf etdirilməsi, o cümlədən ölkədə istehsal olunan və idxal olunacaq hibrid avtomobillərin artırılması qarşıya qoyulan əsas hədəfdir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu tədbirləri artıracağıq. Şübhəsiz ki, bu bütün dünyada bir trendir. Azərbaycan bankları da bu trenddən kənarda deyil. Biz yaşıl energetikanın maliyyələşdirilməsi üzrə bütün zəruri tədbirləri görəcəyik”.

O əlavə edib ki, ekoloji təmiz avtomobillərə veriləcək kreditlərdə ilkin ödəniş tələbinin aşağı salınması Azərbaycan Mərkəzi Bankı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müzakirə olunacaq və lazımı qərarlar veriləcək.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər