21 C
Baku
Friday, April 26, 2024

Ekspert: “Müştərilər krediti gecikdirməklə heç nəyə nail olmayacaqlar”

Ekspert İldırım Qurbanov sözlərinə görə, Bankların vəziyyətinin ağırlaşmasından istifadə edən vətəndaşlar həmin banka olan kredit borclarını ödəməyi gecikdirirlər. Düşünürlər ki, bu addımı atmaqla onların kreditləri silinəcək. Lakin heç də belə deyil.

Müflisləşən və ya müflisləşməkdə olan banklara borcu (krediti) olan şəxslərin kreditlərini ödəməməsi mümkün deyil: Bu, yanlış yanaşmadır. Vətəndaş krediti qaytarmalıdır. Çünki qanunvericiliyə görə, bank müflis olduqdan sonra Mərkəzi Bankda komissiya yaradılır və bankın öhdəlikləri bir neçə bank arasında bölüşdürülür. Kredit öhdəlikləri verilən banka vətəndaş öz borcunu ödəməlidir. Nəzərə alsaq ki, müflisləşən bankın əmanətləri də var, kreditlərin qaytarılması bu əmanətlərin ödənilməsi üçün də vacibdir. Burada kreditin qaytarılmaması və ya hər hansı güzəştin tətbiq edilməsi mümkün deyil. Kredit əvvəlki qaydada, şərtlər dəyişmədən öhdəliyinə verilən banka ödənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər