18 C
Baku
Monday, April 29, 2024

Ekspert, Vüqar Bayramov: “Sanksiyalar bankın filiallarına təsirsiz ötüşür”

Rusiyaya qarşı edilən sanksiyalar Rusiyadan kənar olan bankların filiallarına nisbətən az təsir göstərir. Hətta deyərdim ki, sanksiyalar Rusiya banklarının filiallarına təsiri müsbətdir.

Rusiyanın özündə yerləşən baş ofislərə mənfi təsiri sözsüz olacaq. Belə ki, yerli qanunvericiliyə əsasən , filial olaraq qeydiyyatdan keçdiyi üçün sanksiyalar olan dövrdə Rusiyada yerləşən bankın mərkəzi ofisi çalışır ki, Rusiyadan kənarda yerləşən fililallar vasitəsilə əməliyyatlar aparsın, çünki mərkəzi ofisə aparıcı ölkələr banklara əməliyyat aparmaq üçün sanksiyalar tətbiq ediblər, məhdudlaşdırıcı metodlardan istifadə ediblər.

Həmin mərkəzi ofislərin seçimi ondan ibarətdir ki, Azərbaycanda, Qazaxıstanda digər ölkələrdə yerləşən bankların vasitəsilə funksiyalarını genişləndirsinlər. Biz güman edirik ki , əslində Rusiya banklarının Azərbaycandakı bankların fəaliyyətinə mənfi təsir göstərməyəcək hətta onların genişləndirilməsinə səbəb olacaq. Rusiyada yerləşən mərkəzi ofislərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər