15 C
Baku
Friday, November 8, 2024

Ekspert:”Manatın ucuzlaşması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır”

Manatın ucuzlaşma siyasəti bu yaxında baş bankın gündəmində olmamalıdır

İcmal “Bu gün də manatın xarici valyutalara rəsmi məzənnəsi yenidən möhkəmlənib. Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməsinə ehtiyac var”.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin artıraraq əhali arasında ciddi panika yaratmışdı.

Mütəxəssisin sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, son 4 gündə manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmasına səbəb olub: “Mərkəzi Bank yaxın günlərdə də aprel ayının əvvəllərində olduğu kimi yenidən manatın məzənnəsini aşağı salarsa o zaman praktik olaraq öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək. Deməli, manatın ucuzlaşması siyasəti heç bir halda yaxın zamanlarda baş bankın gündəmində olmamalıdır”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank öz valyuta ehtiyatlarını qorumaq və eləcə də artıq alınmış dollar kütləsinin bir qisminin cari xərclərinin ödənilməsi üçün yenidən milli valyutaya dəyişdirilməsini və bununla da dollarlaşma prosesinin səngiməsini istəyirsə o zaman manatın möhkəmlənməsini siyasətini davam etdirməlidir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər