9 C
Baku
Thursday, December 12, 2024

“Ekspress-C” şirkətinin səhmdarları toplaşır – Yeni təyinatlar olacaq

Bakı şəh., Binəqədi ray., Azadlıq pr., ev 196, m. 65 ünvanında qeydiyyatda olan “EKSPRESS-C” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağın keçiriləcək.

Azərbacyan Respublikasının Mülki Məcəlləsinin 107-1.3-cü maddəsinə əsasən “EKSPRESS-C” ASC-nin növbəti ümumi yığıncağının keçirilməsi və aşağıda qeyd edilən gündəliklərin müzakirəsi nəzərdə tutulub

  • “Cəmiyyətin 2021-ci ilin maliyyə ilinin yekununa görə hesabatlarını təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi
  • “Cəmiyyətdə korporativ idarəetmə strukturunun müzakirə olunması və təkmilləşdirilməsi, müvafiq təyinatların edilməsi”;
  • “Cəmiyyətin adının, hüquqi ünvanının və strukturunun dəyişdirilməsi ilə bağlı yeni (ikinci) redaksiyada nizamnaməsinin təsdiq edilməsi”;
  • “İstiqraz buraxılışı haqqında qərara, baza emissiya prospektinə və yekun buraxılış şərtlərinə dəyişikliyin edilməsi”.

Səhmdarların növbəti ümumi yığıncağı 30 may 2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında saat 16:00 tarixində keçirləcəkdir.

Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq istəyən səhmdarlar iclasın keçirilməsinə 3 (üç) gün qalmış Cəmiyyətin icra orqanına müraciət edə bilər.
Səhmdarların növbəti ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə (və ya nümayəndənin səlahiyyətini təsdiq edən sənədlə) birlikdə iştirak edilməsi xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər