Əlcəzair OPEC və OPEC+ qarşısında öhdəliklərinə sadiqliyini təsdiqləyib və qrupun fəaliyyətində iştirakını gücləndirmək niyyətində olduğunu bəyan edib. Bu barədə ölkənin energetika və dağ-mədən sənayesi nazirliyinin açıqlamasında bildirilir.
“Əlcəzair qlobal neft bazarında sabitliyin təmin olunması üçün əsas çərçivə olan OPEC və OPEC+ qarşısında sadiqliyini ardıcıl və qəti şəkildə təsdiqləyir”, — deyə bəyanatda vurğulanır.
Qurum qeyd edib ki, ölkə OPEC və OPEC+ çərçivəsində fəaliyyətini davam etdirmək və daha da fəallaşdırmaq əzmindədir.







