9 C
Baku
Thursday, December 12, 2024

Elektrik enerjisində bərpa olunan mənbələrin istehsal gücü 33%-ə çatdırılacaq

Azərbaycan 2027-ci ilin sonuna qədər bərpa olunan enerji mənbələrinin ölkənin elektrik enerjisi sisteminin qoyuluş gücündə təqribən 33%-ə çatdırmağı planlaşdırır.

Bunu SPECA İqtisadi Forumunda çıxışı zamanı energetika nazirinin müavini Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, hazırla Azərbaycanda istehsal olunan elektrik enerjisində bərpa olunan mənbələrin istehsal gücü 1688 MVt və ya təqribən 20% təşkil edir.

Nazir müavininin sözlərinə görə, 2030-cu il üçün bu göstəricini 30%-ə çatdırmaq planlaşdırılır.

Samir Vəliyev qeyd etdi ki, qoyulan hədəfə baxmayaraq, 2027-ci ilin axırına kimi 1870 MVt “yaşıl” güclərin ölkənin enerji sisteminə inteqrasiyası ilə bərpa olunan mənbələrin ölkənin elektrik enerjisi sisteminin qoyuluş gücündə 33% çatması gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər