12 C
Baku
Wednesday, December 11, 2024

Elektron arayışla hansı banklar kredit verir?

Banklarla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən siz bəzi banklardan kredit əldə etmək istədiyiniz zaman   üçün elektron arayış vasitəsilə qısa müddətdə bu istədiyinizi reallaşdıra bilərsiniz.

Bir müddət öncə, cəmi bir bank vasitəsilə kreditləri onlayn arayış vasitəsilə əldə etmək mümkün idisə,  hazırda bir çox banklar bu xidməti gerçəkləşdiriblər. Azərbaycan bankları üçün bu yenilik  olduğuna görə hələ ki, çox az bank bu xidmətdən istifadə edir. Arayışların elektron şəkildə əldə olunması, əhali üçün də çox sərfəlidir. Çünki müxtəlif səbəblərdən bankdan tələb olunan arayışı təqdim etmək mümkün olmur. Siz  fərdi məlumatlarınız üzrə elektron arayışı evdən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilərsiniz.

Arayışların elektron qaydada əldə olunması ölkədə fəaliyyət göstərən banklar və “Elektron hökumət” portalı ilə əməkdaşlığı ilə birlikdə həyata keçirilir.  Bu arayışlar ilə kreditlərin verilməsi isə çox sadədir. Beləliklə, siz (www.e-gov.az) Elektron hökumət portalına daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsi ilə elektron arayış formasını dolduraraq kredit əldə etməl istədiyiniz banka göndərirsiniz.

Hazırda aşağıda qeyd olunan banklardan kredit əldə etdiyiniz zaman Elektron hökümət portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətin istifadəsinə edə bilərsiniz.

  • Access Bank
  • AG Bank
  • Amrahbank
  • Azərbaycan Beynəlxalq Bankı
  • Bank BTB
  • Bank of Baku
  • Bank Respublika
  • Bank Standard
  • Bank Technique
  • DəmirBank
  • Expressbank
  • Muğan Bank
  • NBC Bank
  • Nikoil Bank
  • Para Bank
  • Rabitəbank
  • Unibank
  • YapıKredi Azərbaycan
  • Turan Bank

Elektron portala daxil olmaq üçün siz, elektron imza sertifikat, “ASAN imza” və ya kod parollardan istifadə edə bilərsiniz. Kod parolu almaq üçün isə elektron portalın onlayn qeydiyyat xidmətindən istifadə etməyiniz mümkündür.

Siz elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə etməklə kod parolunu ala biləcəksiniz. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etməyiniz mümkündür. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər