18 C
Baku
Thursday, May 23, 2024

“Elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün 1 müraciət daxil olub”

Hazırda ödəniş bazarında fəaliyyət göstərən 1 təşkilat elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin təşkilatın müraciətinə baxılır: “Bu proses davamlı olaraq həyata keçiriləcək”.

AMB-nin qərarına görə, elektron pul təşkilatlarının nizamnamə kapitalına tələb 750 min manat səviyyəsində müəyyən olunub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər