14 C
Baku
Wednesday, April 17, 2024

Elektron qaydada pensiya, müavinət, təqaüd təyinatının ötən ilki sayı açıqlanıb

Ötən il Azərbaycanda 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsi hesab açılıb.

Bu barədə Banker.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Məlumata əsasən, son bir ildə bu istiqamətdə proaktiv qaydada 17.7 min təyinat həyata keçirilib.

 

Son xəbərlər
Digər xəbərlər