9 C
Baku
Friday, December 13, 2024

Elektron siqaretlər üçün aksiz dərəcəsi 8 dəfə artırılıb

Ölkəyə gətirilən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların 1000 ədədi üçün aksiz dərəcəsi 14 manatdan 16 manata qaldırılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Aksiz dərəcəsi birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərin 1 ədədi üçün 0.25 manatdan 2 manata qaldırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər