15 C
Baku
Saturday, May 18, 2024

Elm adamları üçün bina inşa edən şirkət AMEA-nın idarəsini məhkəməyə verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları və müəllimləri üçün bina inşa edən şirkət məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, bu, “Campus of Scientist” Mənzil-Tikinti Kooperatividir.

Şirkət Bakı Kommersiya Məhkəməsinə AMEA-nın İşlər İdarəsi ilə bağlı müraciət edib.

İşin mahiyyəti isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə, yaxud podrat müqaviləsi üzrə mübahisələrdir.

Bu şirkət Abşeron rayonu, Saray qəsəbəsində Elm və təhsil sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün nəzərdə tutulan “Science City” Yaşayış Kompleksində II binanı inşa edirdi.

16 mərtəbədən ibarət olan binanı adıçəkilən şirkət 2020-ci ilin fevralından inşa edirdi.

Kompleskin I binası isə “Sahil-A” MKT tərəfindən inşa edilirdi.

32

Son xəbərlər
 ⁠
Digər xəbərlər