26 C
Baku
Saturday, July 27, 2024

Elman Rüstəmovdan etiraf və bazara mühüm siqnallar

Azərbaycan Mərkəzi Bankında 13 may tarixində gerçəkləşdirilən press-konfransda  Baş bankir Elman Rüstəmov bir neçə önəmli etiraflar edib və mesajlar verməli oldu.

Banker.az olaraq sədrin açıqlamalarını təqdim edəcəyik.

Sədrin səsləndirdiyi bunlar idi:

  • Vəziyyət stabilləşib, manata təzyiq azalıb.
  • Bağlanan bank [AGBank] Mərkəzi Bank tərəfindən bir dəfə xilas olunmuşdu.
  • Bəzi ekspertlər və hüquqşünaslar insanları çaşdırır.
  • AGBank, NBC Bank, Amrahbank və Ata Bank-ın ayaq üstə qalmaları üçün 677 mln. manat vəsait qoyuluşu lazım imiş.
  • Bağlanan bankların öz hesabına əhalinin depozitini geri qaytarma gücü yox idi.
  • Təxminən 99%-dən yuxarı qorunan əmanətlərdir. Qorunmayan cəmi 3 milyon manat əmanət var.
  • Biz bank sektorunu tam şəkildə yoxlayıb başa çatdırmamışıq. İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir. Əgər bu qiymətləndirmə olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi.
  • Azərbaycanda lombard şirkətləri də hesabat verəcək.
  • Banklar ilə bərabər, kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər.
  • AMB tərəfindən bağlanan bank sahiblərinin əvvəlcədən vəsaitlərini çıxarması məlumatı üzərində ciddi iş aparılır. Ola bilsin ki, başqa orqanlar da bu işə qarışsın.
  • “Əlaqəli biznes”. Bir neçə bankda bu çox ciddi problemdir, onları da bu vəziyyətə bu salıb.
  • Pandemiya əlaqəli olaraq bankların aktivlərində pisləşmə trendləri artıq müşahidə edilir.
  • Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir.
  • Sığorta sektounda da zəif nöqtələr var, bunlar bizə [AMB-yə] yaxşı məlumdur.
Son xəbərlər
Digər xəbərlər