Elman Rüstəmov: “Əmanətlərdə dollarlaşma səviyyəsi 66%-ə enib”

“İqtisadiyyatda əmanətlərin dedollarizasiyası başlayıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 80%-dən 66%-ə enib.

“Hüquqi şəxslərin əmanətlərində isə dollarlaşma qalmaqdadır. Bu dollarlaşma onların hesablarında valyuta vəsaitlərinin qalıqlarının artması, eyni zamanda ixracın şaxələnməsi ilə bağlıdır,” – deyə E. Rüstəmov bildirib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər