15 C
Baku
Friday, March 29, 2024

Elman Rüstəmov: “Bank sektoru sabİt deyil”

“Bank sektoruna kifayət qədər vəsait də versək, bu gün bank sektoru onu qəbul etməyə hazır deyil. Çünki o, sabit deyil, onun ötürücülük qabiliyyəti doğru deyil. Tezliklə bank sektrorunda sabitliyin bərpa olunması, bank kreditlərinin aktivliyinin bərpa olunmasına çalışırıq”.

“Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, əsas prioritet sabitləşdirmədir: “Sabitlik yoxdursa, insanlar da, müəssisələr də öz gəlirlərini itirir və dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də sabitləşdirmə ilə insanların, müəssisələrin, dövlətin gəlirlərini itirməsinin qarşısını almalıyıq. Əgər sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Nə xarici, nə də daxili investor qeyri-müəyyənlikdə investisiya etməyəcək”.

Son xəbərlər
Digər xəbərlər