7 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmov: “Dünya Bankının institusional təcrübəsindən faydalanacağıq”

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Banker.az-a verilən xəbərə görə, görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin Dünya Bankının Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində əməkdaşlığın yeni perspektiv istiqamətləri müzakirə olunub.

Nümayəndə heyətinin rəhbəri M. Tembon Dünya Bankının Azərbaycanla əməkdaşlığının qurulduğu 25 il ərzində həyata keçirilmiş layihələr zamanı əldə edilmiş nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğulayıb. Ölkədə dayanıqlı inkişafa nail olunmasında Azərbaycan Hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən M. Tembon bu məqsədlə görülən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyini qeyd edib.

O həmçinin Dünya Bankının Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan sədr E. Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. E. Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin Dünya Bankının institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər