“Amrah Bank”da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da “Atabank”da olduğu kimi ciddi kapital çatışmazlığı var”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“Amrah Bank”ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz bu qərarı verdik. AMB hansısa bankın bağlanmağında maraqlı deyil. Bu məsələ Maliyyə Sabitliyi Şurasında müzakirə edildi və həmin bankları sağaltmaq mümkün olmadığı üçün “cərrahiyyə əməliyyatı aparıldı”, – deyə o, qeyd edib.
AMB sədri “Amrah Bank”ın əməkdaşlarının ötəngünki etirazlarına da münasibət bildirib və etirazın emosional xarakter daşıdığını deyib: “Amrah Bank”ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm”. Dorğudur onlar öz iş yerlərini itiriblər, amma düşünürəm ki, bank sektoru ordan ixtisaslı kadrları cəlb edəcək”.