10 C
Baku
Friday, December 13, 2024

Elman Rüstəmov manatı BVF-lə müzakirə etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) IV Maddələr Sazişi üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.

Banker.azın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkədəki makroiqtisadi proseslər, hökumət tərəfindən aparılan islahatlar, maliyyə sektorundakı vəziyyət, yeni məzənnə rejiminin idarə edilməsi strategiyası kimi məsələlər müzakirə edilib.

E.Rüstəmov Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə təşəkkür edib.

Öz növbəsində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri M.əl Qorçi cari ildə Azərbaycanın regional hadisələr fonunda milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi məqsədilə ölkədə maliyyə sabitliyinin dəstəkləməsi, bank sektorunun sağlamlaşdırılması, valyuta məzənnəsinin idarə edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirib.

Qeyd olunub ki, yeni məzənnə siyasəti milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilərinə yönəlib. Bu, həmçinin qonşu dövlətlərdə baş verən proseslərin milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa xidmət edir.

Görüşdə, həmçinin AMB ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri, Fond tərəfindən göstərilmiş texniki yardımın nəticələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər