-1 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmov: Pul kütləsinin proqnozlaşdırılması – Mərkəzi Bankın əsas məqsədidir

Manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüsəmov bildirib: “Bu bizə inflyasiyaya, eləcə də pul kütləsi vasitəsilə manatın məzənnəsinə təsir göstərməyə imkan verir”.

Onun sözlərinə görə, Mərkəzi Bankın ilin sonu üçün artıq müəyyən hədəf göstəriciləri var: “Bizim artıq inflyasiya və maliyyə sabitliyi göstəriciləri üzrə, eləcə də ümumilikdə makroiqtisadi sabitlik üzrə müəyyən hədəflərimiz var”.

E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda çox yaxşı koordinasiya olunmuş pul-kredit və makroiqtisadi siyasət aparılır: “Bu siyasət müvafiq orqanlarla, ilk növbədə Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunb”.

Son xəbərlər
Digər xəbərlər