-3 C
Baku
Sunday, December 15, 2024

Elman Rüstəmov: “Strateji valyuta ehtiyatları ilin sonunadək daha da artacaq”

İlin əvvəlindən Azərbaycanın ölkənin strateji valyuta ehtiyatlarının həcmi 2 milyard ABŞ dolları artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir.

Tədiyyə balansı profisitinin bundan sonrakı artımı ilə bağlı fikirlərini açıqlayan AMB rəhbəri ilin birinci yarısında cari əməliyyatlar balansının qalığı ÜDM-in 8,1 %-i səviyyəsində olduğunu, bu prosesin dünya bazarında neftin bahalaşması ilə dəstəkləndiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, tədiyyə balansı qalığının ötən ilə nisbətən 4-5 % artacağı güman edilir.

Qeyd edək ki, bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 milyard 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 878,4 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon ABŞ dollarlıq kəsir (40,3 % az), maliyyə hesabındakı 578,5 milyon ABŞ dollarlıq kəsir (39 % az), balanslaşdırıcı maddələr üzrə 34 milyon ABŞ dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

Yanvar-iyun aylarında tədiyyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib. Bu dövrdə xam neftin orta qiyməti 58 ABŞ dolları/barel olub, qeyri-neft ixracı isə 20 % artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər