Azərbaycan Mərkəzi Bankında 13 may tarixində gerçəkləşdirilən press-konfransda Baş bankir Elman Rüstəmov bir neçə önəmli etiraflar edib və mesajlar verməli oldu.
Banker.az olaraq sədrin açıqlamalarını təqdim edəcəyik.
Sədrin səsləndirdiyi bunlar idi:
- Vəziyyət stabilləşib, manata təzyiq azalıb.
- Bağlanan bank [AGBank] Mərkəzi Bank tərəfindən bir dəfə xilas olunmuşdu.
- Bəzi ekspertlər və hüquqşünaslar insanları çaşdırır.
- AGBank, NBC Bank, Amrahbank və Ata Bank-ın ayaq üstə qalmaları üçün 677 mln. manat vəsait qoyuluşu lazım imiş.
- Bağlanan bankların öz hesabına əhalinin depozitini geri qaytarma gücü yox idi.
- Təxminən 99%-dən yuxarı qorunan əmanətlərdir. Qorunmayan cəmi 3 milyon manat əmanət var.
- Biz bank sektorunu tam şəkildə yoxlayıb başa çatdırmamışıq. İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi həyata keçirilmişdir. Əgər bu qiymətləndirmə olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi.
- Azərbaycanda lombard şirkətləri də hesabat verəcək.
- Banklar ilə bərabər, kənar audit şirkətləri də bankların maliyyə vəziyyətlərini təhrif ediblər.
- AMB tərəfindən bağlanan bank sahiblərinin əvvəlcədən vəsaitlərini çıxarması məlumatı üzərində ciddi iş aparılır. Ola bilsin ki, başqa orqanlar da bu işə qarışsın.
- “Əlaqəli biznes”. Bir neçə bankda bu çox ciddi problemdir, onları da bu vəziyyətə bu salıb.
- Pandemiya əlaqəli olaraq bankların aktivlərində pisləşmə trendləri artıq müşahidə edilir.
- Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir.
- Sığorta sektounda da zəif nöqtələr var, bunlar bizə [AMB-yə] yaxşı məlumdur.