21 C
Baku
Wednesday, May 1, 2024

Elmar Məmmədov kimdir?

Bu gün Azərbaycan Beynəlxalq Bankına yeni sədr təyin olundu. Banker.az portalı olaraq bu dəfə sizə Bankın yeni sədri Elmar Məmmədov haqqında informasiya verəcəyik.

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu «Maliyyə və kredit», 1994-cü ildə isə Bakı Dövlət Universitetini «Hüquqşünas» ixtisası üzrə bitirmişdir.

1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olmuşdur. 2004-cü ilin noyabrından «Kapital Bank» ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından Bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır.

«Kapital Bank» ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, «Kapital Bank» ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib. Hazırda isə bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankına sədr təyin olunun və fəaliyyətini bu vəzifədə davam etdirəcək.

Qeyd edək ki, Elmar Məmmədov ailəlidir, bir övladı var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər