Xəbər verdiyimiz kimi, bu gün parlamentin iclasında yeni Ombudsman seçilməsi məsələsi müzakirə edilir.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, keçmiş Ombudsman Elmira Süleymanovanın yaşı və səhhəti son vaxtlar onun aktiv fəaliyyətinə mane olub:
“Təəssüf ki, “Tərtər işi”ndə Ombudsmanın fəaliyyəti olmayıb. Həmin işdə işgəncələr nəticəsində ölən şəxslər oldu. Həmin işgəncə verənlərə də cinayət işi başlanılıb. Amma burədə ictimaiyyətə məlumat verilmədi. Halbuki həmin şəxslər cəzalarını aldılar”.
Q. Həsənquliyev deyib ki, bu seçkidə Səbinə Əliyevaya səs verəcək: “Hesab edirəm ki, həmkarımız Siyavuş Novruzov da bu fəaliyyətində həyat yoldaşına dəstək olacaq”.
Qafqazinfo.az