2 C
Baku
Saturday, December 14, 2024

Fəlsəfə doktoru elmi dərəcəsi verən institutların sayı artırılıb – Baş nazirdən qərar

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişdirilib.

Banker.az xəbər verir ki, bu sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

İmzalanan qaydaya görə, qeyd edilən sənəd ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər ediləeək Kənd Təsərrüfatı Nazirliyi üzrə bölməsində —  7-ci hissənin dördüncü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilib.

Sənəddə qeyd edilən elmi dərəcə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu fəlsəfə doktorudur.

Digər vəzifə isə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə” bölməsi əlavə edilib. Bu, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutu fəlsəfə doktorudur.

Son xəbərlər
Digər xəbərlər