Amerikalı iş adamı Elon Mask dünyanın ən varlıları siyahısında üçüncü oldu və bu göstəriciyə görə “Facebook”un qurucusu Mark Zukerberqi qabaqladı.
Tesla və SpaceX-in təsisçisinin sərvəti 111,3 milyard dolları keçib. Mask “Bloomberq”in hesablamalarına görə 110,5 milyard dollar dəyərində aktivə sahib olan “Facebook”un qurucusundan daha varlı oldu.
İkinci yeri 125 milyard dollarla amerikalı “Microsoft” korporasiyasının başçısı Bil Geyts, birinci yeri isə 200 milyard dollarla dünyanın ən böyük onlayn operatoru “Amazon” rəhbəri Cef Bezos tutur.
Bloomberg E.Maskın sərvətinin artmasında əsas amilin “Tesla” səhmlərinin qiymətində kəskin artım olduğunu vurğulayır. Agentliyin məlumatına görə, ilin əvvəlindən səhmlərin dəyəri 475% artaraq şirkətin qurucusunu 76 milyard dollar zənginləşdirib.