9 C
Baku
Friday, December 13, 2024

Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, XİN-də Xüsusi Tapşırıqlar üzrə səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub. 

 
O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə salmaqda” günahlandırılır. 
 
Məlumata görə, yanvarın 15-də 56 ölkənin səfirlərinin iştirak etdiyi konfransda səfirlərdən biri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gələrək “Türkiyənin onlara tələ qurduğunu” iddia edib. Və o, bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. 
 
Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.
 
Açıqlamadan sonra məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Bu məsələ dəqiqləşəndən sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub.
 
Qeyd edək ki, Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında  uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.
 
Elşad İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb. Onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.
MənbəBakıpost
Son xəbərlər
Digər xəbərlər