Əmək müqavilələrinin sayı 1 mln. 790,8 minə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388.9 min vahid artıb və 2023-cü il noyabr ayının 1-nə 1 mln. 790,8 minə çatıb.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349.175 vahid artaraq 889 mindən çox olub.