18 C
Baku
Saturday, November 1, 2025

Əmanətlərin Sığortalanması Fondu Lənkəran Dövlət Universitetində təlim keçib

®Əmanətlərin Sığortalanması Fondu Lənkəran Dövlət Universitetində (LDU) maliyyə savadlılığının artırılması məqsədilə “Beynəlxalq Əmanət Günü: Əmanətlərin qorunması – sabit maliyyə sisteminin əsası” mövzusunda əsas hədəf qruplardan olan tələbələr üçün təlim keçirmişdir. 

Təlimdə LDU-nun İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı Gülbəniz Əliyeva, Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, Hüquq departamentinin əməkdaşı Mirzəhra Miriyeva, Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli iştirak etmişdir.

Spikerlər tələbələri əmanətlərin sığortalanması sisteminin təkamülü, əmanətlərin sığortalanması sistemi və qanunvericilik, risklərin idarə edilməsi, risk əsaslı sığortalanma mexanizmi, habelə böhran zamanı kommunikasiyanın rolu mövzularında maarifləndirmişlər. Təlimin sonunda iştirakçılar Fond tərəfindən sertifikat və hədiyyələrlə təltif edilmişlər. 

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu maliyyə savadlılığının artırılması məqsədilə tələbə gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri irəlidə də davam etdirəcəkdir.

Əmanətlərin Sığortalanması Fondu gələcəkdə də ölkənin müxtəlif regionlarında tələbə və digər əhali kateqoriyaları üçün oxşar maarifləndirici tədbirlər keçirməklə maliyyə savadlılığının artırılmasını və əmanətçilərin hüquqlarının müdafiəsinə dair biliklərin genişləndirilməsini davam etdirməyi planlaşdırır.

c2fd44ae 44da 4463 b988 57c3c61ecff4

3

9cc4c580 dbe6 4436 8e66 8ea7d954e801

86ba2f34 6f28 4011 b6ae e80f9266b201

52a76b47 0a9e 4be1 935a 2338493c4dac

172aaec3 81b5 47ac 8140 604a2eb15766

9ccec8e6 94eb 4d8f b5ff a5a0d9639919

 

Son xəbərlər
Digər xəbərlər