26 C
Baku
Sunday, April 28, 2024

Əmanətlərin Sığortalanması Fondunun 1.2 milyon manat vergi borcu var

Əmanətlərin Sığortalanması Fondunun dövlət qarşısında vergi borcu var.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, Fondun 13.03.2024-cü il tarixinə qədər vergi borcu 1 220 942.39 manatdır.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır.

Əmanətlərin Sığortalanması Fondu banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və Azərbaycanda maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə ərsəyə gəlmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər