7 C
Baku
Thursday, December 12, 2024

“Embafinans” BOKT istiqraz buraxıb

Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edil

Qiymətli kağızlar noyabrın 12-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. 

Son xəbərlər
Digər xəbərlər