Embafinans bank olmayan kredit təşkilatının buraxdığı gəliri illik 10,5% olan istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə ilk əqd bağlanılıb.
Nominal dəyəri 1000 manat olan 500 istiqraz 1014,63 manatdan satılıb. Beləliklə, əqdin ümumi dəyəri 507,3 min manat təşkil edib. Göstərilən qiymətlə alınan istiqrazlardan investor 9% gəlir əldə edəcək. Bu o deməkdir ki, kapital bazarında investorlar bu istiqrazlara yüksək dəyər verirlər.
Qeyd edək ki, Embafinans istiqrazlarının yerləşdirilməsi üzrə hərrac Bakı Fond Birjasında 8 oktyabr tarixində keçirilib. 2 mln manat həcmində, 1 il tədavül müddəti olan istiqrazlar yerləşdirib. Yerləşdirmə üzrə anderrayter AzFinance İnvestisiya Şirkətidir. Təkrar bazarda istiqrazları istənilən şəxs AzFinance İnvestisiya Şirkətinə müraciət etməklə ala bilər. AzFinance istiqrazları fiziki şəxslərə 10,5% gəlirliklə təklif edir.
Bu istiqrazların sahibləri hər ayın 8-i faiz ödənişi əldə edirlər və bu gəlirdən heç bir vergi və əlavə xərcləri olmur. İstiqrazları istənilən zaman satıb gəlirləri ilə birlikdə vəsaitləri geri götürmək mümükündür. AzFinance İnvestisiya Şirkəti müştərilərin istiqrazları sata biləcəyi qiyməti təyin edir və bu qiymətlə istiqrazların satışına təminat verir. İstiqrazları tədavül müddəti 08 oktyabr 2019 il tarixində başa çatır və bu tarixdə istiqrazlara investisiya edilən əsas məbləğ geri qaytarılacaq və bundan əlavə hər ay faiz ödənişi ediləcək. İlk kupon ödənişini artıq edilib.
İstiqrazları almaq üçün 050 290 44 88 nömrəsi ilə əlaqə saxlayıb, şəxsiyyət vəsiqəsilə AzFinance İnvestisiya Şirkətinə yaxınlaşmaq lazımdır. Proses çox sadədir. Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra, müqavilə bağlanılır və vəsait müştərinin istədiyi banka yerləşdirilir, sonra isə AzFinance və ya Milli Depozit Mərkəzinə köçürülür. İstiqrazlar bir iş günü ərzində alınır və müştəriyə istiqrazların sahibi olduğu barədə sənəd təqdim edilir.
Embafinans haqqında
Embafinans 2012-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 150 mindən çox müştəriyə 160 milyona yaxın kredit verib. Nizamnamə kapitalı 10 milyon manatdır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi cəmi 4,5%-dir. Effektivliyinə (mənfəət/kapital nisbətinə) və kredit portfelinin problemsizliyinə görə ilk 5 bankla müqayisə ediləcək səviyyədədir. Embafinans son 3 ili mənfəətlə fəaliyyət göstərib. 2018-ci ilin 3 rübünün nəticəsinə görə Embafinans 1,5 mln manat mənfəət əldə edib.
Qeyd edək ki, Embafinans mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. Embafinansın hazırda 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. Bununla yanaşı Embafinans kreditlərin elektron satışı istiqamətində də böyük nailiyyətlər əldə edib.