22 C
Baku
Tuesday, April 23, 2024

“Embafinans”BOKT-un istiqrazları hərraca çıxarılır

25 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

29 aprel 2019-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1. 000. 000 mln AZN həcmində  istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata  keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.

Yeni tranşla buraxılan istiqrazlar  üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində, ikinci tranş üzrə buraxılan qiymətli kağızları 3 dekabr 2018-ci ildə BFB-də ticarətə buraxılmışdır.

İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri Q/k-ın hərrac qiyməti
1 AZ2004020601 Faizli təmin edilməmiş  

1 000

(ədəd)

 

29.04.2019

1000 AZN

 

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər