14 noyabr 2019-ci il tarixində Bakı Fond Birjasında “Embafinans”MMC-nin 1 mln manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,523,000.00 mln manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1,000,000.00 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 14 noyabr 2020-ci ildir.
“Embafinans”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.