Azərbaycanda yerli mebel istehsalı və satışını həyata keçirən “Embawood” MMC 2024-cü ildə 102 mln. manatlıq gəlir əldə etsə də, ilin sonunda cəmi 2 mln. manat xalis mənfəət realizə edə bilib.
Banker.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2024-cü ildə 102.43 mln. manata çataraq 2023-cü illə müqayisədə təxminən iki dəfə artıb. Öncəki ildəki gəlirlər 2023: 59.73 mln. manat olmuşdu.
İstifadə edilmiş material ehtiyatlarına çəkilən xərclər bir ildə 37.23 mln. manatdan 75.18 mln. manata yüksəlib. Eyni zamanda, işçi heyəti üzrə xərclər 11.08 mln. manatdan 12.16 mln. manata yüksəlib.
Beləliklə, şirkət keçən il 2.28 mln. manat xalis mənfəət əldə etməklə, 2023-cü ili təqribən 5 dəfə üstələyib. Bu göstərici 2023-cü ildə cəmi 434 min manat idi.
Bununla da balansındakı illərin yığılmış xalis mənfəətinin həcmi 8.99 mln. manatdan 10.91 mln. manata yüksəlib.







