11 C
Baku
Wednesday, December 11, 2024

Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb.

Bu barədə BŞTİ-dən bildirilib.

Dəyişikliyin əsas məqsədi BŞTİ-nin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin olunmasından ibarətdir:

“Yeni struktura uyğun olaraq bəzi sektorlar fəaliyyət dairəsinin uyğunluğu nəzərə alınaraq birləşdirilib. Belə ki, Ümumi sektor və Hüquq sektoru birləşərək Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru, Təminat və təchizat sektoru ilə Təsərrüfat sektoru birləşərək Təminat, təchizat və təsərrüfat sektoru adlandırılıb. Həmçinin Məktəbəqədər təhsilin təşkili sektoru yaradılıb, bəzi sektorların isə adları dəyişib”.

Qeyd edək ki, BŞTİ 10 sektordan, Təlimə Dəstək Mərkəzindən, 6 xidmət və əməliyyat mərkəzindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər