9 C
Baku
Friday, December 13, 2024

Emin Muradov Maliyyə Nazirliyini tərk edib, BVF-də yüksək vəzifəyə təyinat alıb

2017-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri çalışan Emin Muradov vəzifəsini tərk edib.

Bu barədə Banker.az quruma yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.

Emin Muradov nazirlikdəki vəzifəsini bu aydan etibarən dayandırıb və əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda (BVF və ya IMF) davam etdirəcək. Onun, beynəlxalq qurumda icraçı direktora müşavir təyin edilib.

Bildirək ki, IMF-in Baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.

Muradov üçün bu vəzifə ilk deyil. Belə ki, Maliyyə Nazirliyinə (AR) şöbə müdir təyin olunmamış Asiya İnkişaf Bankında da İcraçı direktorun müşaviri vəzifəsində çalışıb. Yerli qurumlardan “Unibank”, BFB və “Golden Pay” kimi yerlərdə çalışıb.

Texas Universitetinin iqtisadiyyat üzrə magistr dərəcəsi var.

 

Son xəbərlər
Digər xəbərlər