30 C
Baku
Friday, July 19, 2024

“Əmlak sığortasında maarifləndirmənin aşağı olması əhalinin maliyyə itkilərini artırır”

Dünya praktikasında təbii fəlakətlərə qarşı maliyyə dayanıqlılığının artırılması üçün atılan addımlardan biri əmlakın sığortalanmasıdır.

Bunu “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib.

O bildirib ki, ölkəmizdə də bu sığorta növünün əhali arasında daha geniş miqyasda yayılması təbii fəlakət risklərinə qarşı dayanıqlılığın artırılmasında mühüm addım olacaq.

“Əhalinin əmlak sığortası üzrə maariflənmə dərəcəsinin az olması indiki halda insanlar üçün maliyyə itkisinin daha da artmasına gətirib çıxarır. Bu risklərə qarşı dayanıqlı maliyyə sistemi yaratmağımız üçün bu maarifləndirmə göstəricilərimizi də yüksəltməyimiz həqiqətən vacibdir. Biz də Azərbaycan Sığortaçılar Assosasiyası olaraq bu proseslərdə aktiv iştirakçı kimi çıxış edirik”- Ülviyyə Cabbarova əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər