21 C
Baku
Saturday, May 4, 2024

Emmanuel Makron Almaniyaya dövlət səfərini təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.

Bu barədə Almaniya Prezident Ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Fransada baş verən iğtişaşlardır.

Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.

Bir neçə gündür davam edən etiraz aksiyalarında 1000-ə yaxın adam saxlanılıb, 79 nəfər yaralanıb, 1350 avtomobil yandırılıb, 31 polis bölməsi, 16 bələdiyyə polis bölməsi və 11 jandarma kazarması daxil olmaqla, 234 binaya ziyan dəyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər