Fransa məhkəməsi ölkənin prezidenti Emmanuel Makrona şillə vurmuş şəxsi həbs cəzasına məhkum edib.
Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, Demyen Tarel ümumilikdə azadlıqdan 18 ay müddətinə məhrumetmə cəzasına məhkum olunub, cəzanın 14 ayı şərti müddət təşkil edir.
Bundan başqa, məhkəmə onun üç il müddətinə vətəndaş hüquqlarının məhrum edilməsi haqqında hökm çıxarıb.
Bununla yanaşı, dövlət başçısına hücum edən şəxs beş il ərzində silaha sahib olmaq qadağan olunub.
Fransa prezidenti Emmanuel Makron iyunun 8-də Drom departamentə səfər zamanı sillələnib. Dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.
Bu zaman bir kişi E.Makronun üzünə şillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər və E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.