7 C
Baku
Sunday, December 15, 2024

Emosiyalar üzərində hakimiyyət: sizin əhvalınız digər 100 nəfərin həyatını necə dəyişir

Yaxınlarımız bizim əhvalımızı asanlıqla oxuya bilirlər. Bu, həm həyat təcrübəsi, həm də keçirilmiş tədqiqatlar vasitəsi isə sübut olunub. Məşhur yazıçı və alim olan Tom Rat, “Maximum charge” kitabında sübut edib ki, bir insanın emosional mesajı, digər insanlara da öz təsirini göstərir. Burada söhbət yalnız sizin yaxınlarınızdan deyil, ümumiyyətlə tanımadığınız insanlardan gedir. Alim qeyd edir ki, bu məsuliyyəti başa düşsək, dediyimiz sözlərə və etdiyimiz hərəkətlərə daha düşünülmüş şəkildə yanaşarıq.

Hələ gənc təcrübəçi olarkən, doktor Nikolas Xristakis, öz dəri çamadanını götürüb Çikaqonun cənub kvartallarında təcili yardıma ehtiyacı olanlara kömək etmək üçün yola düşürdü. Yerli universitetinin bir sıra alimlərin ziyarətinə gedərək Xristakis, yaxın insanların ölüm hadisəsinin onun ailə üzvlərinə təsiri ilə bağlı maraqlı təcrübə əldə edə bilmişdir.

Nikolasın öyrənmə mövzusuna baxışı, onun gözləmədiyi bir anda cib telefonuna zəng gəldiyi gündən sonra dəyişib. Bir qədər əvvəl o, demensiyadan vəfat etmiş bir nənəni ziyarət etmişdir. Evdən çıxarkən isə gələn zəngə cavab verib tanış olmayan bir səs eşitdi.

Zəng edən şəxs vəfat etmiş nənənin qızının həyat yoldaşının dostu imiş. Qadın nənəsinin qayğısına qaldığı dövr ərzində haldan düşmüşdür və bu, onun həyat yoldaşının sağlamlığına öz təsirini göstərib. Zəng edən şəxs öz dostunun vəziyyətinə görə çox narahat idi. Həmin an Xristakis başa düşdü: dulluq effekti yalnız bir şəxsin üzərində yox, bir yerdə fəaliyyət göstərən insanların şəbəkəsində öz əksini tapır.

İnsanlar arasındakı qarşılıqlı əlaqələri xırdalığına qədər öyrənən Xristakis və onun əməkdaşları sübut edə biliblər ki, bizə yalnız bizim dostlarımız deyil, həmçinin dostlarımızın dostları, dostlarımızın dostlarının dostları da təsir göstərirlər.

Hətta qısa qarşılıqlı hadisələr belə həyatımızda böyük rol oynayır, nümunə olaraq küçədə tanımadığınız insanlarla gülüş mübadiləsini göstərmək olar. Həyatı üç saniyəlik parçalara bölərsək, saatda 1200, gündə 19,200, ömür boyu isə təxminən 500 milyon hissəcik yaranacaq. Bu mövzu ilə bağlı keçirilən tədqiqatlar göstərir ki, müəyyən bir gün ərzində insanlar ilə qarşılıqlı əlaqələrin tezliyi, onların intensivliyindən daha vacibdir. Məsələn, bir gündə bir çox nisbətən müsbət hadisə yaşamış insan, gün ərzində yalnız bir dəfə möhtəşəm bir hadisə yaşamış insan ilə müqayisədə özünü daha yaxşı hiss edəcək.

2008-ci ildə Xristakis və onun əməkdaşı, politoloq və sosioloq Ceyms Fauler, qarşılıqlı münasibətləri tədqiq edən zaman maraqlı nəticəyə gəliblər. Məlum oldu ki, insanlar arasındakı qarşılıqlı münasibətlərə təsir edən başlıca amillərdən biri onlar arasındakı fiziki məsafədir. Əgər sizin dostunuz sizdən bir kilometrdən yaxın məsafədə yaşayırsa və xoşbəxtlik hissini duyursa, sizin də özünüzü xoşbəxt hiss etməyinizin ehtimalı 40%-dək artır. Dostunuz sizdən üç kilometrə qədər aralıqda yaşayırsa, onun sizə təsir etmək ehtimalı 20%-dək aşağı düşür. Aradakı məsafənin çoxalması, təsirin zəifləməsinə gətirib çıxarır.

2013-cü ildə bir qrup alimlər tərəfindən keçirilən tədqiqat isə göstərmişdir ki, sosial şəbəkə vasitəsi ilə də insanlar bir-birinə təsir göstərə bilərlər. Bunu yoxlamaq üçün tədqiqatçılar Facebook şəbəkəsində 689 nəfərin xəbər lentində dəyişiklər edərək (bəlkə də istifadəçilərin icazəsini almadan), pozitiv postları neqativ postlarla əvəz ediblər. Nəticədə, lentdə daha çox neqativ xəbərlərə rast gələn insanlar pozitiv yox, neqativ paylaşımlar etməyə başlayıblar.

Bütün bu tədqiqatlar göstərir ki, insanlar öz emosional durumunun ətrafdakı insanlara olan təsirini səhv qiymətləndirirlər. Gün ərzində ünsiyyətdə olduğunuz hər bir kəs sizə təsir edir.

Son xəbərlər
Digər xəbərlər