14 C
Baku
Wednesday, November 20, 2024

Ən çox keşbek və qalığa görə gəlir gətirən debet kartları – SİYAHI

Hazırda Azərbaycan bankları arasında debet kartları üzrə rəqabət qızışıb. İndi kommersiya bankları reklam vasitəsi ilə özlərinə bu bazardan müştəri yığmaq üçün yarışa giriblər.

Banklar əsasən öncəki illərdən daha yuxarı faizli “cash back” (bundan sonra: keşbek), qalığa görə gəlirlilik ilə, eyni zamanda, komissiyaları sıfırlamaqla, bu bazarda cəlbedici görünməyə çalışırlar. Hətta, adətən, 10-15 manata satılan 5 illik bank kartları indi pulsuz, qapıya çatdırılma ilə təklif edilir.

Beləcə qızışan rəqabət ölkənin ümumi kart sayına müstəsna təsir edib. Ölkədə bank kartlarının sayı 1 dekabr tarixinə 13 mln. ədədə çatıb. İndi hər yüz adama az qala 130 bank kartı düşür. Hələ nağdsız ödənişlərin həcminin illik 10

Banker.az olaraq debet kartlarının hansının istifadə üçün daha sərfəli olmasını araşdırdıq. “Ən sərfəli” anlayışı seqmentlərə görə fərqlənir. Ölkədə “Apple Pay” və “Google Pay” kimi sistemlərin keçərli olması elektron kartlar üçün də əlavə münbit mühit yaradır.

Öncədən bildirək ki, bu kartların əksəriyyətində eyni funksiyalar – cash by code, təmassız ödəniş, 3D security və s. olduğu üçün hər bir kartda təkrar olaraq bunu xatırlatmalı olmayacağıq. Eyni ilə hər birinin partynorlarındakı 30%-dək keşbek imkanı kimi.

*Keşbek – onlayın və ya POS terminallarla alış-verişlərdə alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılmasıdır.

*AZN (manat), USD (ABŞ dolları), GBP (ingilis funt-sterlinqi) və EUR (avro)

Öncə cədvəli, sonra isə kartları detallı şəkildə təqdim edəcəyik:

32233222

Kartlar üzrə göstəricilər belədir:

ABB-nin “TamKart”ı.

Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilir. TamKartlar artıq 5 illik müddətə təqdim edilir.

Bütün ticarət obyektləri və xidmətdə 1% gəlirlilik təklif edir. Bu gəlirliliklə paralel mobil tətbiqdə müştəri üçün hər xidmətə görə əlavə faydalar hesablanır ki, bu faydalar da istifadəçi üçün pula çevirmə imkanı təklif edir.

Kart qalığa görə illik 7% gəlir təklif edir. Qalığa faiz vəsaitin minimum 200 manatdan maksimum 2 500 manatadək hissəsinə və yalnız manat valyutalı kartlarda hesablanır.  Bu göstərici ilə TamKart hələ ki, liderdir. Kart hazırda pulsuz təqdim edilir, sınaqdan keçirib onu deyə bilərik ki, kartın ünvana çatdırılması uğurla həyata keçirilir. Kredit funksiyası var.

  • Kartın qiyməti: pulsuz
  • Müddət: 5 il
  • Kartın valyutası: AZN, USD, EUR
  • Konvertasiya komissiyası: 0%
  • Qalığa görə illik gəlirlilik: 7% (200-2500 aralığında, manatla)
  • Nağdlaşdırma: 7 000 AZN-dək pulsuzdur.
  • Kredit funksiyası: var

AccessBank-ın “myCard”ı.

Bu debet kartın üstünlüklərindən biri yerləşdirilən məbləğdən asılı olmayaraq qalığa görə manatda 3%, dollarda isə 0.2% illik gəlir təklif etməsidir. Kart AZN və USD ilə əlçatandır. Şübhəsiz ki, onu fərqləndirən digər üstünlüyü sabit olaraq gündəlik xərclərdə – marketlərdə, apteklərdə, zoomağazalarda, YDM-lərdə, ehtiyat hissələri, avtoservislə bağlı xərclərdə 3%-lik “cashback” təklifidir. Kafe, restoran, bar, kinoteatr, kosmetika mağazaları, gözəllik salonları, xəstəxanalar üçün 5%-lik “cashback”, geyim və aksessuar mağazaları, mebel, camaşırxana, kimyəvi təmizləmə, məişət ləvazimatları, aviaşirkətlər, dəmiryolları, avtomobil kirayəsi və otellər üçün isə 7%-lik “cashback” imkanıdır.

Bir şey də var ki, kartdan vəsaitin nağdlaşdırılması üzrə komissiyasız olan hissənin limiti olduqca aşağıdır – 500 manat.

  • Kartın qiyməti: 15 manat
  • Müddət: 3 il
  • Kartın valyutası: AZN, USD, EUR
  • Konvertasiya komissiyası: 1.5%
  • Qalığa görə illik gəlirlilik: 3% (məbləğdən asılı olmayaraq)
  • Nağdlaşdırma: 500 AZN-dək pulsuzdur.
  • Pul köçürmə: bankdaxili 0%, digər 1%
  • Kredit funksiyası: var

Azər-Türk Bank-ın “atb card”ı.

Dövlət bankı tərəfindən təklif edilir. Gündəlik xərcləmələr üçün 0.5%-lik keşbek təklif edilir. Üstünlüklərindən biri qalığa görə və qalığın məbləğinə görə gəlirlilikdir. Manat valyutasında olan debet kartların qalığına illik 5% dərəcəsi ilə faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir. Faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35 000  manatdır.

  • Kartın qiyməti: pulsuz
  • Müddət: 3 il
  • Kartın valyutası: AZN
  • Konvertasiya komissiyası: 0%
  • Qalığa görə illik gəlirlilik: 5% (35 000 manatadək)
  • Nağdlaşdırma: 1000 AZN-dək pulsuz.
  • Pul köçürmə: bankdaxili 0%, digər 1%
  • Kredit funksiyası: yoxdur

Bank Respublikanın “NeoKart”ı.

Bank Respublikanın ötən il “..O gəlir!” sloqanı ilə təmtaraqlı təqdimatı ilə bazara çıxardığı debet kart stabil olaraq 2%-lik keşbek təklif edir. Bu, onun ən yaxşı üstünlüklərindən biri sayıla bilər. Bu kartda da hər əməliyyatlara görə əlavə bonuslar hesablanır.

Kartdakı vəsaitin nağdlaşdırılması pulsuzdur. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 5 dəfə pulsuz nağdlaşdırma imkanı var. Bank dollar və manat üçün illik gəlirə görə gəlirlilik təklif edir.

  • Kartın qiyməti: 20 manat
  • Müddət: 3 il
  • Kartın valyutası: AZN, USD
  • Konvertasiya komissiyası: 0%
  • Qalığa görə illik gəlirlilik: AZN – 3%, USD – 0.1% (10 000 manat/dollaradək)
  • Nağdlaşdırma: 10 000 manatadək pulsuz
  • Pul köçürmə: bankdaxili 0%, digər 1%
  • Kredit funksiyası: var

 

Expressbankın “Expresso”su.

Debet kart standard olaraq gündəlik xərclər üzrə 1% keşbek təklif edir. Kartın illik qalığa görə manatda gəliri 3%-dir. Kart “Apple Pay” istifadəçilərinə xüsusi diqqət yetirir. Hər ödənişə 3% keşbek imkanı yaradır.

  • Kartın qiyməti: 10 manat
  • Müddət: 4 il
  • Kartın valyutası: AZN
  • Konvertasiya komissiyası: 1%
  • Qalığa görə illik gəlirlilik: AZN – 3%
  • Nağdlaşdırma: 10 000 manatadək pulsuz.
  • Pul köçürmə: bankdaxili 0%, digər 1%
  • Kredit funksiyası: var

Xalq Bankın “Xalqkart“ı

Xalq Bank tərəfindən bazara çıxarılan Xalq Kart 2 növdə təqdim edilir: XalqKart Petrol və Cashback. XalqKart Petrolun üstünlüyü hər yerə sabit 3% petrol, Cashback-də 2% keşbek qazanclı olmasıdır. Kartdakı vəsaitin 100–5 000 manat aralığında 2%-lik illik qalığa görə gəlir təklif edir.

Kartın qiyməti: 15 manat
Müddət: 3 il
Kartın valyutası: AZN, USD, EUR, GBP – Cashback, AZN- Petrol
Konvertasiya komissiyası: 0.5%
Qalığa görə illik gəlirlilik: 100-5 000 AZN intervalında 2%
Nağdlaşdırma: 1 000 manatadək pulsuz, yuxarı 0.5%.
Pul köçürmə: bankdaxili 0%, digər 0.5%
Kredit funksiyası: var

Kapital Bankın “Birbank Cashback”i.

Ölkədə ən iri xidmət şəbəkəsinə malik olan bankın bu kartlarını pulsuz əldə etmək olar. Kartın əsas üstün göstəicisi skan edilmiş qəbzlərdəki ƏDV-nin ikiyə vurulmasıdır. Bütün POS-terminal və onlayn ödənişlərdə sabit 1.5% sabit keşbek təklif edir. Bununla belə, tətbiqində mobil, kommunal, TV, internet və telefon ödənişlərində 1% keşbek qazanma şansı var.

  • Kartın qiyməti: pulsuz
  • Müddət: 3 il
  • Kartın valyutası: AZN
  • Konvertasiya komissiyası: 0%
  • Qalığa görə illik gəlirlilik: 6% (minimum 500 AZN balans olduqda hesablanır, aylıq maksimum depozit gəliri: 10 manat)
  • Nağdlaşdırma: 5 000 AZN-dək bütün bankomatlarda pulsuzdur.
  • Kredit funksiyası: var

PAŞA  Bank, AzInTelecom və Azercell-in birgə rəqəmsal “Akart”ı.

Rəqəmsal kart ilə supermarket, aptek, YDM və avtoehtiyat hissələri üzrə 5%, digər kateqoriyalarda isə 1% keşbek qazanmaq imkanı var. Hazırda gündəlik xərclər üçün ən yaxşı keşbek verən kartlardan biridir. Lakin burada diqqət çəkən əsas məqam keşbekə qoyulan limitdir. Aylıq 100 manat keşbek qazanmaq olur. Kart ilə ödənişlər “Apple Pay” və “Google Pay”i dəstəkləyən cihazlarla mümkündür. “akartın” depozit və kredit funksiyaları yoxdur. Kartın əldə edilməsi elektron imza kimi alətlərlə mümkündür.

  • Kartın qiyməti: pulsuz, elektron
  • Müddət: 3 il
  • Kartın valyutası: AZN
  • Konvertasiya komissiyası: yox
  • Qalığa görə illik gəlirlilik: yoxdur
  • Nağdlaşdırma: NFC ilə nağdlaşdırma mümkündür
  • Pul köçürmə: gündəlik 3000 manatadək pulsuz
  • Kredit funksiyası: var

Rabitəbankın “Kartmane”si.

Kartmane üç valyuta ilə təklif edilir, lakin yalnız manat və ABŞ dollarında gəlirlilik təklif edir. Kartmane debet kartı hazırda üç kateqoriya paketindən istifadə etməklə, hər birində fərqli  keşbek ilə müştərilərin diqqətindədir.

Standart olaraq supermarketlər üzrə 2%-5% arasında, kafe və restoranlarda 5%, YDM-lərdə 1-10% aralığında gəlirlilik təklif edir.

Hər kateqoriya üzrə ayrıca dövriyyə tələbi var. Bununla bağlı ətraflı linkdə tanış ola bilərsiniz.

  • Kartın qiyməti: 10 AZN/ 6 USD/ 6 EUR
  • Müddət: 5 il
  • Kartın valyutası: AZN, USD, EUR
  • Konvertasiya komissiyası: 1%
  • Qalığa görə illik gəlirlilik: 4% AZN |0.25% USD | 0% EUR
  • Nağdlaşdırma: ATM 0.5% min. 0.80 AZN; 0.60 USD/EUR
  • Pul köçürmə: bankdaxili: 0%| digər 0.5% min. 0.60 AZN/USD/EUR
  • Kredit funksiyası: var

Leobankın “Mükəmməl qara kartı”.

Ötən ilin son rübündə “Unibank” tərəfindən emissiya edilən bu kartların sifariş üçün asan qeydiyyatı, mobil tətbiqinin çevikliyi, çatdırılma, kartın standart qaydada məbləğdən asılı olmayaraq qalığa görə gəlirliliyi bazarda ona kifayət qədər populyarlıq qazandırdı. Səmimi demək lazımdır ki, artıq əksər tanışların cibində bu kartdan görmək mümkündür.

Buna baxmayaraq, kredit funksiyası da təklif edən bu kartda konkret keşbek standartı yoxdur. Məsələn, bu kartda keşbek üçün hər ay üzrə kateqoriya seçimi məcburiyyətiniz var. Kateqoriyalardan yalnız ikisi seçilə bilər. Uzun müddətdir YDM-lərdəki ödəniş əməliyyatlarından “cashback” qazanma imkanı yoxdur.

Ərzaq və supermarketlər 2%, kafe və restoranlar 2%, geyim və ayaqqabı – 3%, taksi – 7%, heyvanlar 7%, kitab 20% keşbek qazandırır.

  • Kartın qiyməti: pulsuz
  • Müddət: 5 il
  • Kartın valyutası: AZN
  • Qalığa görə illik gəlirlilik: 5%
  • Nağdlaşdırma: 2000 AZN-dək pulsuz, yuxarı 0.5%
  • Pul köçürmə: Ayda 2000 AZN-dək – pulsuz, yuxarı – 1%
  • Kredit funksiyası: var

Unibankın “UCard”ı.

Kart hazırda pulsuz təklif edilən yeganə multivalyutalı plastik bank kartıdır. Debet kart USD, AZN, GBP və EUR valyutalarında kart təklif edir. Həm fiziki olaraq, həm də rəqəmsal olaraq əldə etmək mümkündür. Bu kartı da Lekokart kimi filiala getmədən əldə etmək mümkündür. Kartdakı qalıq vəsait 1 000 manatadək olduqda 1%, 1000-10 000 manatadək olduqda isə 6% illik gəlir təklif edilir. ABŞ dollarında olan qalığa görə məbləğ tələbi yoxdur və qalığa görə illik 0.1% gəlir təklif edilir.

Kartın dövriyyə tələbi 200 manatadək və ondan yuxarı hesablanır.

200 manatadək olan hissəsində supermarketlər və onlayn marketlər üzrə 5%, YDM-lərdə 3%, digərlərində isə 1% standart keşbek mümkündür.

  • Kartın qiyməti: pulsuz
  • Müddət: 5 il
  • Kartın valyutası: multivalyutalı USD, AZN, GBP, EUR
  • Qalığa görə illik gəlirlilik: 1 000 AZN-dək 1%, 1000-10 000 manat intervalına 6% | ABŞ dollarında məbləğdən asılı olmayaraq 0.1%
  • Nağdlaşdırma: 0%
  • Pul köçürmə: ölkədaxili istənilən bankın kartına ayda 2000 AZN-ə qədər – pulsuz  və yuxarı – 1% (min 1 AZN/EUR/USD)
  • Kredit funksiyası: var

Yelo Bankın “Yelo Light”ı.

Yelo Bankın bu debet kartı nağdsız ödəniş bazarına son illərdə daxil olub. Debet kart məbləğdən asılı olmayaraq illik sabit 5% (manatda) gəlir təklif edir.

Kateqoriya seçimi təklif edilir, lakin müştəri 2 kateqoriya seçimi ilə paralel digər ödənişlərə 0.5% keşbek əldə edə bilər. Seçilmiş kateqoriyalar üzrə: supermarketlər 2%, geyim, YDM, kafe/restorana isə 4%-lik keşbek.

  • Kartın qiyməti: 1 il -10 AZN, 3 illik -15 AZN
  • Müddət: 1 və 3 il
  • Kartın valyutası: AZN, USD, EUR
  • Qalığa görə illik gəlirlilik: 5% (AZN)
  • Nağdlaşdırma: 3000 AZN ekv.-ə qədər 0%, yuxarı 1% (min 1 AZN/USD/EUR)
  • Pul köçürmə: 0.5%
  • Kredit funksiyası: var

kesbek cashback

Son xəbərlər
Digər xəbərlər