“Artezio”nun (“Lanit Group”un bir hissəsi) kibertəhlükəsizlik üzrə ekspertləri 2025-ci ilin ən təhlükəsiz messencerlərinin reytinqini tərtib ediblər. Birinci yeri “Signal” tutub, əvvəllər beşinci yeri tutan “Telegram” isə məxfilik siyasətində dəyişikliklərə görə siyahıdan çıxıb.
İlk 5-liyə həmçinin Fransanın “Olvid”, İsveçrənin “Threema”, mərkəzləşdirilməmiş “Element” və Avstraliyanın “Session” messenceri daxil olub.
Mütəxəssislər privat messencerlərə artan tələbatı qeyd edirlər: əsas oyunçuların siyasətlərini sərtləşdirməsi səbəbindən istifadəçilər kütləvi şəkildə alternativ platformalara keçirlər.