-3 C
Baku
Sunday, December 15, 2024

Energetika naziri Böyük Britaniyanın bir sıra rəsmi şəxsləri ilə görüşüb

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Birləşmiş Krallığın ixracat naziri Mike Freer və biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə nazir özünün rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, Baronessa Emma Nikolson ilə görüş Azərbaycan – Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasından əvvəl baş tutub. İxracat naziri ilə görüşdə isə  ölkələrimiz arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” və azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dəstəklə bağlı müzakirələr aparılıb. Qreq Hands ilə görüşdə Avropanın təbii qaz təchizatının şaxələnməsində Cənub Qaz Dəhlizi-nin genişləndirilməsinin əhəmiyyəti və Təmiz Enerji üzrə əməkdaşlıqdan bəhs edilib.

perviz shahbazov

FVNh2SQWQAAfmrZ

 

Son xəbərlər
Digər xəbərlər