Əbu-Dabidə Masdar şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub.
Banker.az xəbər verir ki, bu barədə nazir öz rəsmi Twitter hesabında paylaşım edib.
Nazir qeyd edib ki, görüşdə 10 QVt-lıq yaşıl enerji layihələri üzrə tərəfdaşlıq çərçivəsində 4 QVt-lıq güclərin reallaşdırılması məsələləri müzakirə edilib.