16 C
Baku
Tuesday, May 6, 2025

Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir

Qazaxıstanın Energetika Nazirliyi OPEC+ sazişi çərçivəsində tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirir və bu formatı qlobal neft bazarının sabitliyini təmin etmək üçün mühüm alət hesab edir.

Bu barədə Qərb KİV-də dərc olunanlarla bağlı sorğuya cavab olaraq qurumdan bildirilib.

Son günlər xarici KİV-də Qazaxıstanın OPEC+ sazişi çərçivəsində neft hasilatını aşmasının, o cümlədən sazişdən çıxarılmasının ölkə üçün mümkün nəticələri barədə materiallar dərc olunur.

Nazirlik də xarici təzyiq nəticəsində ölkənin neft hasilatının səviyyəsinə mümkün düzəlişlər barədə məlumatı şərh edib.

“Nazirlik bu cür bəyanatları qəti şəkildə təkzib edir. Qazaxıstan Respublikası OPEC+ sazişinə sadiqliyini təsdiq edir və bütün öhdəliklərini yerinə yetirməkdə davam edəcək”, – qurumdan bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər