6 C
Baku
Sunday, December 15, 2024

Energetika Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Energetika Nazirliyi Nazirlər Kabinetinin 16 mart 2020-ci il tarixli tapşırığına uyğun olaraq, koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaş qəbullarının keçirilməsini dayandırıb.

Banker.az xəbər verir ki, bu barədə Enegetika Nazirliyindən məlumat verilib.3

Məlumata görə, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər