Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda bir sıra dəyişikliklər edib.
“Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin (bundan sonra – “Dövlət Enerjinəzarət” İdarəsi)” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Enerji Məsələlərini Tənzimləmə Agentliyi)” sözləri ilə əvəz edilir.
Həmçinin “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə – “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilir.